Xəzər Universitetinin əməkdaşı Folklor İnstitutuna direktor təyin edilib

Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin əməkdaşı, filologiya elmləri doktoru Hikmət Quliyev AMEA-nın Folklor İnstitutuna direktor təyin edilib. Hikmət Quliyev 6 kitabın, respublikada və xaricdə nəşr olunmuş 60-a yaxın elmi məqalənin müəllifi və bir sıra beynəlxalq konfransların iştirakçısıdır. Onun İnternet folkloruna dair beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) məqalələri çap olunub.

Filologiya elmləri doktoru Hikmət Quliyev 2023-24-cü tədris ilindən Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamenti ilə əməkdaşlıq edir.

Share: