Bu məktəb dağıdılır, şagirdlər köçürülür – Etiraz

Tərtər rayon 5 saylı tam orta məktəbin müəllim, şagird və valideyn kollektivi Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlidən şikayət ediblər.

Bununla bağlı Axar.az-a müraciət edən şikayətçilər bildirirlər ki, 460 şagird, 36 müəllim və 10 texniki işçi heyəti olan məktəb dağıdılır.

Məlumata görə, şagird və müəllimlər digər məktəblərə köçürülür. 5 saylı məktəbdə yalnız 9, 10 və 11-ci siniflər üçün dərslər keçiriləcək. Eyni zamanda, digər məktəblərdən olan 9-11-ci sinif şagirdləri də bu məktəbə cəmləşdiriləcək. İddialara əsasən, burada ali məktəblərə hazırlaşan şagirdlər üçün xüsusi kurslar təşkil olunacaq.

Pedoqoji kollektiv yalnız yüksək bal toplamış müəllimlərin bu məktəbdə fəaliyyətlərini davam etdirəcəklərindən narahatdır. Digər müəllim və texniki işçilərin aqibəti isə qeyri-müəyyəndir. Bildirilir ki, h bəzi müəllimlər işdən azad ediləcək. Əgər digər məktəblərdə boş yer olarsa, həmin müəllimlərin işlə təmin olunması nəzərdə tutulur.

Valideynlər də bu qərara etiraz edirlər. Onlar yaxınlıqda alternativ məktəbin olmamasından narahatdırlar.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərilib.

Share: