
Xarici şirkətlərin Rusiya bazarına qayıtması üçün konkret şərtlərdən danışmaq tezdir, çünki hələlik heç bir sanksiyalar ləğv edilməyib.
Millətin Səsi.az xəbər verir ki, bunu Rusiyanın sənaye və ticarət naziri Anton Əlixanov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində TASS-a bildirib.
“Rusiya bazarına qayıtmaq istəyən Qərb şirkətləri üçün konkret parametrlər barədə danışmaq hələ tezdir. Qərb şirkətləri tərəfindən sanksiyalar hələ də ləğv edilməyib. Biz indi bu məsələyə sistemli yanaşmaları araşdırırıq. Bununla belə, xarici şirkətlər üçün müəyyən potensial şərtləri artıq qeyd etmək olar, məsələn, mənfəətin yenidən investisiya edilməsi, istehsalın lokallaşdırılması və filialların açılması”,- deyə, o bildirib.