Ronaldo kumirlərinin adını çəkdi

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo kumirlərindən danışıb.

QOL.az xəbər verir ki, 40 yaşlı hücumçu braziliyalılar – Ronaldo və Ronaldinyonun adını çəkərək onları özünə örnək hesab etdiyini deyib:

“Ronaldo və Ronaldinyo bir miras və tarix qoydular. Onlardan daha çox fərdi titul qazandığımı deyə bilərəm, amma hər ikisi dünya çempionu oldular. Mən onların oyunlarına baxaraq böyümüşəm və deyərdim ki, ikisi də mənim kumirimdir. Hansının daha yaxşı olmasının əhəmiyyəti yoxdur. Əsas odur ki, onlar futbol tarixinə öz töhfələrini veriblər”.

Qeyd edək ki, Ronaldo karyerası ərzində 925 qol vurub.

Share: