Qadın voleybolçular arasında Azərbaycan çempionatında XIV tur başa çatır

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura bu gün yekun vurulacaq.

“Report”un məlumatına görə, son olaraq iki qarşılaşma təşkil ediləcək.

“Abşeron” “Azərreyl”lə, “Milli Aviasiya Akademiyası” “Murov Az Terminal”la üz-üzə gələcək. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzindəki matçlar müvafiq olaraq saat 16:00 və 18:00-da start götürəcək.

Qeyd edək ki, turun martın 1-də baş tutan oyununda “Gəncə” UNEC-i məğlub edib – 3:0.

Share: