
Vaşinqton İsrailin hərbi əməliyyatlarına qoşularsa, Tehran Yaxın Şərqdə ABŞ ordusuna cavab zərbələri endirməyə hazır olacaq.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi NBC News telekanalına müsahibəsində bildirib.
“Müharibə olanda hər iki tərəf bir-birinə hücum edir. Bu, tamamilə başa düşüləndir və özünümüdafiə hər bir ölkənin qanuni hüququdur”, deyə – o, İranın Yaxın Şərqdə bir hücum olacağı təqdirdə ABŞ ordusunu hədəf alıb-almayacağı ilə bağlı sualı cavablandırıb.
Onun fikrincə, “bunun üçün sadəcə Vaşinqtondan Təl-Əvivə hər şeyi dayandırmaq üçün telefon zəngi lazımdır”.