Psixoloji problemi olan şəxs dərmandan zəhərlənib öldü

Martın 6-da Şəmkirin Dəllər Cəyir kəndində ruhi xəstə olan 19 yaşlı İ.Mürşüdov yaşadığı evdə dərmandan zəhərlənib.

Millətin Səsi.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə ehtiyatsızlıqdan baş verib.

2006-cı il təvəllüdlü şəxs xəstəxanaya aparılarkən yolda vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.

Share: