
Rusiya cəbhə xəttini yarıb iki istiqamətdən əsas təchizat xətti ilə irəlilədikdən sonra Ukraynanın on min əsgəri mühasirəyə düşmə riski ilə üzləşib.
Axar.az xəbər verir ki. bu barədə Britaniyanın “Telegraf” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Ukrayna daha çox itki verməmək üçün qoşunlarını Kurskdan çıxarmağı düşünür.
Qeyd edək ki, Donaldt Trampın hərbi yardımı və Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini dayandırdıqdan sonra Rusiyanın bu fürsətdən istifadə edərək, Kurskda hücuma keçəcəyi haqda “Nyu York Tayms” məlumat yaymışdı.
Az öncə “Şot” Teleqram kanalı Rusiya ordusunun Kurskda genişmiqyaslı hücuma keçdiyi və Sucada küçə döyüşləri getdiyini yazıb.