Buna icazə verməyəcəyik-Ərdoğan

Buna icazə verməyəcəyik-Ərdoğan

İstanbulun taleyi Dəməşqin, İslamabadın, Bağdadın, Tehranın, Qüdsün, Qəzzanın taleyindən ayrı deyil. Müsəlmanların qibləsi kimi onların da taleyi ortaqdır.

Milletinsesi.az xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən sammitindəki çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Eyni ananın övladı olan iki qardaş arasında fikir ayrılığı ola bilər. Amma qardaş olmaq həm də iman yoldaşı olmaq deməkdir. İstanbulun taleyi Dəməşqin, Bağdadın, Tehranın, Qüdsün, Qəzzanın taleyindən ayrı deyil. Müsəlmanların qibləsi kimi onların da taleyi ortaqdır. Ortaq məqsədlərimizə gəlincə, ixtilaflarımızı bir kənara qoyub bir araya gəlmək bizim borcumuzdur”, – dövlət başçısı qeyd edib.

Həmçinin Yaxın Şərqdə baş verən münaqişələrdən danışarkən Türkiyə Prezidenti bildirib:

“Burada vurğulamaq istərdim ki, Türkiyə olaraq bölgəmizdə sərhədlərin qanla çəkiləcəyi yeni bir Says-Piko nizamının qurulmasına icazə verməyəcəyik”.

Share: