Alimlər qırpıla bilən insan gözü hazırladı

Alimlər, insan gözünün mürəkkəb quruluşunu müəyyən dərəcədə təqlid edən və göz qırpa bilən süni göz hazırlamağı bacardılar. Bionik göz təkcə fiziki deyil, həm də bioloji quruluşu baxımından diqqəti cəlb edir.

Milletinsesi.az chip.az-a istinadən bildirir ki, alimlər qırpıla bilən insan gözü hazırlayıb. Bu yeni göz çipi təxminən 10 qəpiklik sikkə əskinaz ölçülərindədir. Gözün kornea hissəsindən alınan hüceyrələrin yerləşdiyi obyektivi olan bu sistemdə gözyaşardıcı kanallar da var.

Bu hissəyə qədər oxuyarkən, yəqin ki, göz qırpdınız. Biz bu hərəkəti ümumiyyətlə özümüzdən asılı olmayaraq edirik. Göz qırpmaq gözlərimizin nəm və sağlam qalmasına kömək edir. Hətta göz quruluğu problem olduğu üçün müalicə olunur. Buna görə çipin göz qırpma özəlliyi göz fiziologiyası baxımından əhəmiyyətlidir.

Tədqiqatdakı biomühəndislərdən biri deyir ki, insan gözünün dinamik qırpma özəlliyini təqlid etmək ehtimalı maraqlıdır.

Tədqiqatçılar, göz quruluğunu sınamaq üçün çipin qırpma sürətini dəqiqədə 12-dən 6-a endirdi. Daha sonra göz quruluğunu azaltmaq üçün tətqiq etdikləri dərmanı istifadə etdikdə göz quruluğunun əhəmiyyətli dərəcədə azaldığı müşahidə edildi.

Lakin, bu çipdə gözün bütün hüceyrələri yoxdur. Tədqiqatçılar, sistemin əskik olduğunu və göz yaşlarının meydana gəlməsini test edə bilməyəcəklərini bildirirlər. Onlar ümid edirlər ki, bu araşdırma gələcəkdə daha da inkişaf etdiriləcək və göz xəstəliklərinin müalicəsində yeni üfüqlər açacaqdır.

Qeyd edək ki, tədqiqat Nature Medicine jurnalında dərc edilmişdir.

Share: