
Avropa İttifaqı (Aİ) müdafiəyə dair “Ağ Kitab” layihəsində ABŞ-ın hərbi potensialından asılılığını etiraf etmək niyyətindədir.
Milletinsesi.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən yazıb.
“Avropa Amerikanın hərbi imkanlarından asılı vəziyyətə düşüb və bu, ABŞ-ın regiona yanaşmasını yenidən nəzərdən keçirməsi təhlükəsi yaradır. ABŞ bu imkanların istifadəsini məhdudlaşdırmaq, hətta dayandırmaq qərarına gələ bilər”, – məlumatda qeyd olunur.
Bildirilir ki, 20 səhifəlik sənəddə ABŞ-ın Ukrayna, Avropa və Şimali Atlantika Alyansı ilə bağlı siyasətindəki dəyişiklik müzakirə edilir və bu sənəddə qeyd olunur ki, Avropa ölkələri “təhlükəsizlik zəmanətlərini təbii qəbul edə bilməzlər”.
Eyni zamanda, mətndə vurğulanır ki, NATO Avropada kollektiv müdafiənin təməl daşı olaraq qalır.
Adəm