
Dənizkənarı Bulvar idarəsi Novruz bayramına hazırlıq prossesinin yekunlaşması ilə bağlı Azneft dairəsindən Qız Qalasına qədər olan ərazidə mediatur təşkil edib.
Millətin Səsi.az xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi bu il də bayrama özəl hazırlıqlar görərək ərazini Novruzun ruhuna uyğun şəkildə hazırlayıb.
Bu dəfə bayram tərtibatı ənənəvi məkanda deyil, fərqli istiqamətdə, lalələrin xüsusi kompazisiya ilə əkildiyi yerə yaxın gəzinti zolağında qurulub. Azneft dairəsindən Qız qalasına qədər olan hissə Novruz atributları ilə zənginləşdirilib. Burada bayramın rəmzi olan səməni, dörd çərşənbəni simvolizə edən gəlinciklər, milli ornamentlərlə bəzədilmiş dekorativ kompozisiyalar, rəngarəng güllər, işıq instalasiyaları, şirniyyat elementləri və digər Novruz simvolları quraşdırılıb
Bakı Bulvarında təşkil olunan bayram yarmarkası da ziyarətçilərə xüsusi atmosfer bəxş edir. Burada Novruza məxsus ləziz təamlarla yanaşı, tətbiqi sənət nümunələri, milli suvenirlər və əl işləri də təqdim olunur.
