İşdən çıxarılan başçıya yeni vəzifə verildi

Bu gün Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının 9-cu konfransı keçirilib.

APA-nın məlumatına görə, YAP rayon təşkilatının sədri Nazim Ağayev istefa verib. Yeni sədrin seçilməsi ilə bağlı keçirilən səsvermədə Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Şəmsəddin Xanbabayev YAP-ın Xaçmaz rayon təşkilatının sədri seçilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabrın 31-də imzaladığı sərəncamla Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub və Elnur Şahbaz oğlu Rzayev Xaçmaz RİH-in başçısı təyin edilib.

 

Share: