DİN-dən əməliyyat: Avtomat, tapança, tüfəng tapıldı

 Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları martın 25-də ölkə ərazisində avtomat, qumbara atan və tapançalar aşkar ediblər.
Millətin Səsi.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.Bildirilib ki, paytaxt və respublikanın ayrı-ayrı rayonlarında iki avtomat silahı, iki tapança, bir qumbara atan, bir tüfəng, üç patron darağı, aşkar edilərək götürülüb.

Share: