İzmirdəki yanğının qarşısı alındı

İzmirdəki yanğının qarşısı alındı

Türkiyənin İzmir vilayətində zibillikdə başlayan yanğın meşəlik əraziyə keçib.

Millətin Səsi.az  xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, əraziyə 6 təyyarə, 5 helikopter və 25 yanğınsöndürən maşın, eləcə də digər lazımi texnika cəlb olunaraq yanğının yayılmasının qarşısı alınıb.

Yanğının sahibkarın əraziyə yaxın yerdə sənaye tullantılarını yandırmasından sonra yayıldığı bildirilir.

Share: