Füzuli rayonunda kanalda batan məktəblinin axtarışlarına başlanılıb.
Modern.az xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisində baş verib.
Kənd sakini 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadənin ərazidən keçən su kanalında batdığı ehtimal edilir.
Artıq Fövqəladə Hallar Nazirliyinin Aran Dalğıc Axtarış Qrupu əraziyə cəlb edilib.
Qeyd edək ki, N.Nağızadə orta məktəbin 10-cu sinif şagirdidir.