Şanxay Əməkdaşlıq Təşkilatının hökumət başçılarının şurasının iclası başlayıb.
İclasa Daşkənddə start verilib. Məlumata görə, görüşdə Rusiyanı Baş nazir Dmitri Medvedyev, Çini Dövlət Şurasının rəhbəri Li Ketsyan təmsil edəcək.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılıb. Təşkilata Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan üzvdür. Azərbaycan təşkilatın tərəfdaş ölkəsidir.