
Polşa Prezidenti Andjey Duda elan olunmamış səfərlə Ukraynaya gedib.
Milletinsesi.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Prezident Administrasiyasına istinadən məlumat yayıb.
“Prezident Andjey Duda Kiyevə səfər edib. Səfərin proqramında Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş var”, – məlumatda bildirib.
Qeyd edək ki, iyun ayının əvvəlində Duda Ukrayna Prezidenti Vladimir Zelenskiyə prezidentlik müddəti başa çatanadək Ukraynaya səfər edəcəyini bildirmişdi