Çernobıla gələn turistlərin sayı artıb

“Çernobıl” serialının yayımından sonra Ukraynanın Çernobıl bölgəsinə gələn turistlərin sayı 74,9 faiz artıb.

Bu barədə Ukraynanın müvafiq Dövlət Agentliyi məlumat yayıb.

Rəsmi açıqlamaya görə, bu ilin 10 ayı ərzində Çernobılı107,6 min nəfər ziyarət edib.

Turistlərin 80 faizi xarici ölkələrdən gəlib. Onların sırasında Böyük Britaniya, Polşa, Almaniya, ABŞ, Çexiya ilk yerləri tutur. Amma yerli sakinlərin də bu bölgəyə maraqları yenidən artıb, bu il 22468 ukraynalı təhlükəli zonaya səfər edib.

Agentliyin açıqlamasında qeyd olunub ki, turist səfərlərinin fantastikdərəcdə artması “Çernobıl” serialının yayımlanması, həmin əraziyə gediş üçün elektron bilet sisteminin yaradılması və əlavə marşrut xətlərinin açılması səbəb olub./oxu.az

Share: