
Yardımlıda kişi qayadan yıxılaraq ölüb.
Axar.az xəbər verir ki, Peştəsər kənd sakini, 1963-cü il təvəllüdlü Ədalət Bayraməli oğlu Qasımov kənddə mal-qara otaran zaman 200 metr hündürlükdə yerləşən qayadan yıxılıb.
Nəticədə Ədalət Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 62 yaşlı kişi ölüb.
Faktla bağlı araşdırma aparılır.