
Bakının bir çox yollarında tıxac müşahidə edilir.
Millətin Səsi.az
xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;8. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyası istiqamətində;9. Babək prospekti, mərkəz istiqamətində;10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;11. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;13. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.