Bakıda küləyin sürəti 28 m/s-yə çatır

 Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 28 m/s-yə çatıb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinindən məlumat verilib.Bildirilib ki, müşahidə olunan güclü şimal-qərb küləyi günün ikinci yarısından qısa müddətə zəifləyəcək. Aprelin 10-da küləyin sürəti yenidən güclənərək gecə 15-20 m/s, gündüz saatlarından isə arabir 23-28 m/s-yə çatacaq.

Share: