
Britaniyada ilk qadın uşaqlıq transplantasiyasından sonra uşaq dünyaya gətirib.
Axar.az xəbər verir ki, bu barədə “Deyli Meyl” məlumat yayıb.
Məlumata görə, britaniyalı qadın Qreys Devidson ona köçürülən uşaqlıq vasitəsilə ana olub:
“Onun bacısı uşaqlıq yolunun donoru olub, iki il əvvəl cərrahlar qadınlar üzərində ümumilikdə 17 saat davam edən mürəkkəb orqan transplantasiyası əməliyyatı həyata keçirib. Bundan sonra isə Qreys qız anası olub. Doğuş qeysəriyyə əməliyyatı ilə, fəsadsız və 20 nəfərlik həkim, eləcə də tibb bacısının nəzarəti altında baş tutub”.