Bakının bu küçələrində sıxlıq var

Bakının bir sıra yollarında tıxac yaranıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

4. Binəqədi şosesi, “Azadlıq prospekti” metrostansiyası istiqamətində;

5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

6. “20 Yanvar” dairəsində;

7. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

8. “Qələbə” dairəsi, Mətbuat prospekti istiqamətində;

9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

10. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

11. Babək prospekti, mərkəz istiqamətində;

12. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

13. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.

Share: