Ukraynada Rusiyanı nüvə silahı ilə hədələdilər

Rusiyaya nüvə silahı ilə hücum etmək təklif edilib.

Ukraynalı politoloq Taras Zaqorodni “Glavred” qəzetinə müsahibəsində Ukraynanın orta mənzilli raketlərin istehsalına başlamasını təklif edib və əlavə edib ki, sonradan bu nüvə silahlarını Rusiyaya doğru yönəldə bilər.

O bildirib ki, nüvə silahı olarsa, Ukraynanın Rusiyadan asılılığı azalacaq:

“Biz 2,5 min kilometr məsləfəli orta mənzilli raketlər hazırlaya bilərik. Bu raketlərin 200-nü Rusiyaya atsaq, faktiki olaraq Rusiya Atom Elektrik Stansiyasında nüvə partlayışı baş verəcək.

Ukrayna xarici siyasət və müdafiə məsələlərində özünü İsraillə müqayisə etməli və o cür davranmalıdır. Biz ilk olaraq milli maraqları nəzərə almalı və ölkə olaraq müstəqil qərar qəbul etməliyik”./oxu.az

Share: