
“Legiya”nın 17 yaşlı oyunçusu Ksaveri Ejevski qəza törədib.
Millətin Səsi.az xəbər verir ki, futbolçunun olduğu maşın yoldan çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində Ejevski hospitala yerləşdirilib, maşında olan bacısı isə hadisə yerində keçinib.
Futbolçunun vəziyyətinin ağır olduğu bildirilib.
İlkin məlumata görə, qəzaya səbəb sürət həddinin aşılması olub.
Xatırladaq ki, ötən gün “Liverpul”un futbolçusu Dioqo Jota və qardaşı avtomobil qəzasında dünyasını dəyişmişdilər.