
“Zirə” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama oyununa çıxacaq.
QOL.az xəbər verir ki, paytaxt təmsilçisi İordaniyanın “Əl-Hüseyin” klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
“Zirə” bunadək 2 yoxlama görüşündə qüvvəsini sınayıb. Rəşad Sadıqovun komandası Bakıda “Qarabağ”a uduzub (0:4), Türkiyədə isə “Ankara Keçiörengücü”nə qalib gəlib (2:1).
Qeyd edək ki, iyulun 17-nə qədər qonşu ölkədə olacaq “Zirə” bu müddətdə daha 2 yoxlama matçı keçirməyi planlaşdırır. Görüşlər 16 iyul (iki oyun) tarixində oynanılacaq. Rəqiblərin kimliyi barədə hələlik açıqlama verilməyib.