
Marsdan düşən 25 kiloqramlıq meteorit 4 milyon dollara hərracda satılacaq.
Millətin Səsi.az “Associated Press”ə istinadən xəbər verir ki, meteorit böyük bir asteroidlə toqquşma nəticəsində Marsdan Yerə səthinə düşüb. Daş təxminən 225 milyon kilometr qət edərək Saxaraya düşüb.
O, 2023-cü ilin noyabrında Niger ərazisində aşkarlanıb.
Meteoritin hərracda təxminən 2-4 milyon dollar civarında bir məbləğə satılması nəzərdə tutulub.
Maraqlıdır ki, meteoritin Yerə düşməsinin dəqiq vaxtı hələ müəyyənləşməyib. Hərrac evinin məlumatına görə, bu hadisə son illərə təsadüf edə bilər.