
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün son yoxlama oyununa çıxacaq.
Milletinsesi.az xəbər verir ki, Ağdam təmsilçisi Avstriyanın “Zalsburq” klubu ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Qurban Qurbanovun komandası Avstriyadakı ilk sınaq matçında Ukraynanın “Metallist 1925” (Xarkov) klubuna uduzub – 4:5. Daha sonra “Tvente” ilə keçirdikləri iki oyunun birində 3:2 hesablı qələbə qazanıblar, digərində 1:2 hesablı məğlubiyyətlə üzləşiblər. “Qarabağ” Bakıdakı yoxlama matçında isə “Zirə”yə 4:0 hesabı ilə qalib gəlib.
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.QOL.az