İsrail çadırları hədəf aldı

İsrail çadırları hədəf aldı

İsrail ordusu Qəzza şəhərinin qərbində, Şati Qaçqınlar Düşərgəsinin şimalında köçkün fələstinlilərin çadırlarını hədəfə alıb.

Millətin Səsi.az Fələstinin WAFA agetliyinə istinadən xəbər verir ki, hücumu nəticəsində qadın və uşaqlar da daxil olmaqla 14 fələstinli həlak olub, 25-i yaralanıb.

Ölənlərin və yaralıların cəsədləri Qəzzanın Şifa xəstəxanasına gətirilib.

Qeyd  edək ki, 2023-cü il oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində ən azı 59 029 fələstinli ölüb, 142 135 nəfər yaralanıb.

 

Share: