Makronun Fələsini tanımasına Trampın- Reaksiyası

Makronun Fələsini tanımasına Trampın- Reaksiyası

Fransa prezidenti  Emmanuel Makronun Parisin Fələstin dövlətini tanımaq niyyəti ilə bağlı açıqlamalarının heç bir əhəmiyyət kəsb etmir.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri ABŞ-ın Prezidenti Donald Tramp deyib.

O, jurnalistlərə açıqlamasında, “Onun açıqlaması heç bir ağırlıq daşımır. O, çox yaxşı oğlandır. Ondan xoşum gəlir, amma bu açıqlama ağırlıq daşımır, ” deyib.

Qeyd edək ki, Fransa prezidenti iyulun 24-də bəyan edib ki, Paris BMT Baş Assambleyasının sentyabr sessiyasında Fələstin dövlətini rəsmən tanıyacaq.

İrlandiya, İspaniya və Norveç Yaxın Şərqdə gərginliyin artması fonunda 2024-cü ildə Fələstin Dövlətini tanıdıqlarını elan ediblər. İsrail cavab olaraq Dublin, Madrid və Oslodakı səfirlərini məsləhətləşmələr üçün geri çağırıb. İrlandiya, İspaniya və Norveç diplomatik nümayəndəliklərinin rəhbərləri İsrail Xarici İşlər Nazirliyinə çağırılıb.

Rusiyanın hüquqi varisi olduğu Sovet İttifaqı 1988-ci ildə Fələstin Dövlətini tanıyıb.

Share: