
Bu gün “Kəpəz” və “Şamaxı” arasında yoxlama oyunu keçiriləcək.
Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, matç Qəbələ şəhər stadionunda oynanılacaq. Görüş saat 18:30-da başlayacaq.
Qeyd edək ki, “Kəpəz” bunadək “Qəbələ” ilə yoxlama oyununda uduzub – 0:2. Gəncə klubu toplanış çərçivəsində daha 3 görüş keçirməyi planlaşdırır.
“Şamaxı”nın yay hazırlıq toplanışı avqustun 9-na kimi davam edəcək. Bölgə təmsilçisi son olaraq “İmişli” ilə qarşılaşacaq.