O pullar yoxa çıxıb – Trampdan şok sözlər

O pullar yoxa çıxıb – Trampdan şok sözlər

ABŞ prezidenti Donald Tramp Kaliforniya ştatında təbii yanğınlardan zərər çəkənlərə yardım göstərmək məqsədi daşıyan “FireAid” təşəbbüsünü dələduzluq sxemi adlandırıb.

Milletinsesi.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” platformasında bildirib.

O, bu məqsədlə toplanmış vəsaitin 100 milyon dollarının yoxa çıxdığını açıqlayıb.

“FireAid tam bir fəlakətdir. Bu, demokratlardan ilhamlanan növbəti dələduzluq sxemidir. 100 milyon dollar yoxa çıxıb”, – Tramp vurğulayıb.

Share: