
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nümayəndə heyəti əməkdaşlığın davam etdirilməsi yollarını müzakirə etmək üçün iki həftə ərzində İrana səfər edə bilər.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.
O, həftəlik mətbuat konfransında bildirib: “Bəzi MAQATE rəsmilərinin yaxın iki həftə ərzində İrana səfəri gözlənilir və biz texniki aspektləri müzakirə edəcəyik”.
Bəqayinin sözlərinə görə, MAQATE ilə əməkdaşlıq variantları İran parlamentinin qəbul etdiyi yeni qanun fonunda nəzərdən keçirilməlidir.
İyulun 2-də İran prezidenti Məsud Pezeşkian ölkə parlamenti tərəfindən hazırlanmış Tehranın MAQATE ilə əməkdaşlığını dayandıran qanunu imzalayıb. Bununla belə, İranın xarici işlər naziri Abbas Əraqçi iyulun 22-də bəyan edib ki, Tehran gələcəkdə agentliyin müfəttişlərinin ölkəyə qayıtmasını istisna etmir. Baqai iyulun 25-də deyib ki, MAQATE nümayəndə heyətinin İrana səfərinə hazırlıq gedir.