
Son illərdə Azərbaycan dövləti idarəetmə sistemində optimallaşma, çeviklik və nəticə əsaslı fəaliyyət prinsipini əsas götürür. Büdcə vəsaitlərinin qənaətlə xərclənməsi, təkrarlanan vəzifələrin ləğvi və daha səmərəli strukturun qurulması məqsədilə bir çox sahədə regional idarəetmə modelləri tətbiq olunur, struktur islahatları həyata keçirilir.
Millətin Səsi.az xəbər verir ki, Editor.az bu istiqamətdə apardığı araşdırmalar çərçivəsində bir neçə gün öncə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin struktur vəziyyətini təhlil edib. Araşdırma göstərmişdi ki, QSC-də süni şişirdilmiş vəzifə bölgüləri, nəticəsiz idarəetmə və yüksək xərcli struktur müşahidə olunur.
Bu xüsusda diqqətçəkən qurumlardan biri də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətidir.
Editor.az xəbər verir ki, “AzerGold”da İdarə Heyətinin sədri Zakir İbrahimovun 2 müavini, nə az, nə çox düz 9 müşaviri var. Qurumda eyni zamanda 20 şöbə və ya xidmət fəaliyyət göstərir.