Netanyahu Britaniyanın baş nazirini “HƏMAS-ın dəhşətli terrorunu mükafatlandırmaqda” ittiham edib

Netanyahu Britaniyanın baş nazirini “HƏMAS-ın  dəhşətli terrorunu mükafatlandırmaqda” ittiham edib

Londonun Fələstin dövlətini tanımaq planlarını elan etməsindən sonra İsrailin baş naziri Benyamin Netanyahu britaniyalı həmkarı Keir Starmeri radikal Həmas hərəkatının dəhşətli terrorunu mükafatlandırmaqda ittiham edib.

İsrail Nazirlər Kabinetinin rəhbəri “X” sosial şəbəkəsində ingilis dilində yazıb: “Starmer HƏMAS-ın dəhşətli terrorunu mükafatlandırır və onun qurbanlarını cəzalandırır”.

“Bu gün İsrail sərhədində olan cihadçı dövlət sabah İngiltərəni təhdid edəcək” deyən İsrailin baş naziri, “bu, olmayacaq” deyib.

Daha əvvəl İsrail Xarici İşlər Nazirliyi bildirmişdi ki, İsrail Starmerin bəyanatını rədd edir və bunu “Həmas üçün mükafat” adlandırır. Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, Londonun planları Qəzzada atəşkəs və girovların azad edilməsi üzrə razılığın əldə edilməsi səylərinə zərərlidir.

Çərşənbə axşamı Starmerin ofisi İsrailin Qəzzaya humanitar yardımın qarşısını almağa və anklavda hərbi əməliyyat keçirməyə davam edərsə, Böyük Britaniyanın BMT Baş Assambleyasının (GA) sentyabrda keçiriləcək sessiyası ərəfəsində Fələstin dövlətini tanıyacağına dair bəyanat yayıb.

Qüyd edək ki, iyulun 24-də Fransa prezidenti Emmanuel Makron da bildirib ki, Paris BMT-nin sentyabrda keçiriləcək sessiyasında Fələstin dövlətini tanıyacaq.

Share: