Rəsədxana: Günəş fəallığı çox aşağı səviyyədə olub

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan Milletinsesi.az-a verilən məlumata görə, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn tac kütlə atılması müşahidə olunmayıb. Hesabat dövründə ACE kosmik gəmisindən alınan məlumatlar Günəş küləyi parametrlərinin nominal rejimə uyğun olduğunu göstərir. Günəş küləyinin sürəti 305-350 km/san intervalında olub. Geomaqnit sahə son 24 saat ərzində ümumən sakitdir (Kp=2, 3).

Noyabrın 4-6-da Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Günəş küləyi parametrlərinin sakit rejimə uyğun qalacağı proqnozlaşdırılır.
Proqnoz dövründə geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 5%-dən aşağı qiymətləndirilir.

Share: