Trampın tarifləri qüvvəyə mindi: 15 faizdən 41 faizə qaldırıldı

Trampın tarifləri qüvvəyə mindi: 15 faizdən 41 faizə qaldırıldı

ABŞ prezidenti Donald Tramp təsdiq edib ki, qarşılıqlı tariflər avqustun 7-də gecə yarısı (Bakı vaxtı ilə 08:00) qüvvəyə minib.

Millətin Səsi.az  xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social”da yazıb:

“Qarşılıqlı tariflər gecə yarısı qüvvəyə minib”, – deyə o bildirib.

Trampın fikrincə, idxal tarifləri Amerika iqtisadiyyatına, ilk növbədə, illərdir ABŞ-la ticarət əlaqələrindən sui-istifadə edən ölkələrdən milyardlarla dollar cəlb edəcək.

Avqustun 1-də Tramp 60-dan çox ölkə və Avropa İttifaqına 15%-dən 41%-ə qədər tariflər tətbiq edən sərəncam imzalayıb.

Ən yüksək tariflər Suriya (41%), Laos (40%), Myanma (40%), İsveçrə (39%), İraq (35%) və Serbiya (35%) kimi ölkələr üçün müəyyən edilib.

Share: