
ABŞ hərbçisi M1 Abrams tankının istismarı ilə bağlı məxfi məlumatları Rusiyaya ötürmək cəhdində ittiham olunaraq Texasda həbs edilib.
Miillətin Səsi.az ABŞ Ədliyyə Departamentinin yaydığı bəyanata istinadən xəbər verir.
“Müttəhim M1A2 Abrams-ın əməliyyatı ilə bağlı həssas milli müdafiə məlumatlarını Rusiyaya ötürməyə çalışıb”, – deyə Baş prokurorun Milli Təhlükəsizlik üzrə köməkçisi Con A. Eyzenberq rəsmi açıqlamada bildirib.
ABŞ Ədliyyə Departamenti bildirib ki, iyul ayında 22 yaşlı şübhəli Teylor Li Abrams tankı ilə bağlı “sənədlərin ətraflı icmalı”nı ötürüb və tankın içinə “xüsusi avadanlıq”ın köçürülməsini müzakirə edib. Həbs iyulun sonlarında Linin söz verdiyi hərbi texnika hissəsini razılaşdırılmış yerə çatdırdığı zaman baş verib. İstintaqı FTB və ABŞ Ordusu Əks Kəşfiyyat Komandanlığı birgə aparır.