Azərbaycan-Ermənistan birgə bəyannaməsi yeddi müddəadan ibarətdir

Azərbaycan-Ermənistan birgə bəyannaməsi yeddi müddəadan ibarətdir

Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda görüşündən sonra imzaladığı birgə bəyannamədə tərəflərin sülh istəyini vurğulayan, lakin onun təfərrüatlarını dəqiqləşdirməyən 7 müddəa yer alıb.

Millətin Səsi.az TASS-a istinadən xəbər verir ki, sənədin mətnini Ermənistan hökumətinin teleqram kanalı yayıb.

Bəyannaməni Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan, şahid qismində isə ABŞ lideri Donald Tramp imzalayıb.

Birinci bənddə bildirilir ki, tərəflər Azərbaycan və Ermənistan arasında sülh və münasibətlərin bərpası haqqında sazişin əvvəllər razılaşdırılmış mətnini paraflayıb və onun ratifikasiyasını yekunlaşdırmaq üçün səy göstərəcəklər.

İkinci bənddə Minsk qrupunun buraxılması ilə bağlı ATƏT-ə birgə müraciətin imzalanması alqışlanır.

Üçüncü bənddə regionda kommunikasiyaların açılmasının vacibliyi vurğulanır.

Dördüncü bənddə göstərilir ki, Ermənistan Azərbaycanın əsas ərazisini Ermənistanla birləşdirən nəqliyyat dəhlizi layihəsini hazırlamaq və həyata keçirmək üçün ABŞ, eləcə də müəyyən üçüncü tərəflərlə işləyəcək.

Beşinci abzasda deyilir ki, “Azərbaycan və Ermənistan xalqları üçün beynəlxalq sərhədlərin toxunulmazlığına və ərazi əldə etmək üçün güc tətbiqinin yolverilməzliyinə əsaslanan mehriban qonşuluq münasibətləri yaratmağa şərait yaradılıb”. Tərəflər “indi və ya gələcəkdə hər hansı qisas cəhdini rədd edirlər”.

Share: