
Bu yay “Neftçi”dən ayrılan Rafael Quzzonun yeni klubu müəyyənləşib.
Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.
Quzzo “Maritimu” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məəlumat yayıb. 30 yaşlı futbolçu 2-ci Liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Rafael Quzzo 2024/2025 mövsümündə “Neftçi”nin formasını geyinib. Bu ilin iyun ayında “Neftçi” Quzzo ilə müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.