
Rusiyanın Tambov, Samara və Saratov hava limanları uçuşların qəbulunu və göndərilməsini dayandırıb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Belə məhdudiyyətlər PUA-ların Rusiya regionlarına hücum riski ilə əlaqədar tətbiq edilib.
Əvvəllər Tambov eyni məhdudiyyətləri avqustun 4-də tətbiq edib və qadağa üç saat davam edib.
Saratovda avqustun 14-nə keçən gecə hava limanında tədbir təxminən üç saat ərzində qüvvədə olub.