Zədədən sonra ilk matçına çıxan Messi baxımlı qol vurdu-Video

Zədədən sonra ilk matçına çıxan Messi baxımlı qol vurdu-Video

Lionel Messinin çıxış etdiyi “İnter Mayami” MLS-in növbəti turunda evdə “Los-Anceles Qalaksi”yə 3:1 hesabı ilə qalib gəlib.

Milletinsesi.az-ın Oxu.Az-a istinadən  xəbərinə görə, Messi zədədən sonra çıxdığı ilk oyunda növbəti qolunu vurub.

Ev sahiblərindən digər qolları Jordi Alba və Luis Suares vurublar.

Bu, “İnter Mayami”nin MLS-də son dörd oyunda ikinci qələbəsidir.

Qeyd edək ki, Messi bu mövsüm liqada 19 görüşdə 19 qol vurub.

Share: