Bu gün Çempionlar Liqasında əsas mərhələyə adlayan son 4 komanda müəyyənləşəcək.
QOL.az xəbər verir ki, pley-offun cavab görüşləri çərçivəsində Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda “Ferensvaroş”la qarşılaşacaq. Bu komandalar arasında ilk matçda Ağdam klubu 3:1 hesablı qələbə qazanıb.
Həmçinin Türkiyə “Fənərbaxça”sı “Benfika”nın qonağı olacaq. “Kopenhagen” “Bazel”lə, “Brügge” isə “Reyncers”lə üz-üzə gələcək.
Xatırladaq ki, ötən gecə “Kayrat”, “Pafos” və “Budo-Qlimt” Liqa mərhələsinə vəsiqə əldə ediblər.
27 avqust
20:45. “Qarabağ” (Azərbaycan) – “Ferensvaroş” (Macarıstan)
İlk oyun – 3:1
23:00. “Kopenhagen” (Danimarka) – “Bazel” (İsveçrə)
İlk oyun – 1:1
23:00. “Benfika” (Portuqaliya) – “Fənərbaxça” (Türkiyə)
İlk oyun – 0:0
23:00. “Brügge” (Belçika) – “Reyncers” (Şotlandiya)
İlk oyun – 3:1
26 avqust
“Kayrat” (Qazaxıstan) – “Seltik” (Şotlandiya) – 0:0, Penaltilər seriyası – 3:2
İlk oyun – 0:0
“Pafos” (Kipr) – “Srvena Zvezda” (Serbiya) – 1:1
İlk oyun – 2:1
“Şturm” (Avstriya) – “Budo/Qlimt” (Norveç) – 2:1
İlk oyun – 0:5