“Liverpul” İsakın transferini açıqlayıb

“Liverpul” İsakın transferini açıqlayıb

“Liverpul” “Nyukasl”dan Aleksandr İsakın transferini açıqlayıb.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, isveçli hücumçu ilə 2031-ci ilin iyununa qədər müqavilə imzalanıb.

Britaniya nəşrləri bu transfer üçün “Liverpul”un qarşı tərəfə 150 milyon avro ödədiyini yazıb. Bu isə İngiltərədə rekord transfer məbləğidir.

Ötən mövsüm İsak Premyer Liqada 34 oyunda 23 qol vurub və 6 qol ötürməsi edib.

Xatırladaq ki, “Liverpul” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağın rəqiblərindən biridir. Komandalar arasında oyun gələn ilin yanvarın 28-də İngiltərədə olacaq.

 

Share: