
“Polşa-Belarus sərhədi müddətsiz bağlanır, bu, ölkənin təhlükəsizliyi üçün lazımdır”.
Milletinsesi.Az xəbər verir ki, bunu Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Marçin Kervinski TOK FM radiosunun efirində deyib.
M.Kervinski əlavə edib ki, Polşa tərəfi vəziyyəti daim təhlil edəcək.
Polşa daxili işlər naziri əlavə edib ki, Varşavanın bu addımına səbəb Rusiya-Belarus “Qərb-2025” hərbi-strateji təlimləridir.