
Türkiyənin zəngin ailələrindən olan Əli ilə Vüslat Doğan Sabancıların 29 illik evliliyi sonlanır.
Milletinsesi.az Axşam.az-a istinadən xəbər verir ki, cütlük təzminatla bağlı razılığa gələ bilmir. Vuslat Doğan Sabancının Əli Sabancıdan 5 milyard lirə (təxminən 205 milyon manatdan çox) təzminat tələb etdiyi deyilir.
Belə ki, Vuslatın sözlərinə görə, 2023-cü ildə baş vermiş gəmi qəzasına görə həyat yoldaşı məsuliyyət daşıyır və buna görə də ona astronomik məbləğdə təzminat ödəməlidir.
Vuslatın tələb etdiyi məbləğ 960 milyon dollar sərvəti ilə Türkiyənin 34-cü ən zəngin adamı olan Əli Sabancının qazancının təxminən səkkizdə birini təşkil edir.
Qeyd edək ki, məşhur cütlük 2023-cü ildə Yunanıstanın Leros adasına gedərkən ciddi qayıq qəzasına düşüb. Qəzadan sonra Vuslat Doğan Sabancı üç, Əli Sabancı isə əvvəlki görünüşünü bərpa etmək üçün 11 əməliyyat keçirib.