
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq ilə Amerikanın silah alışını müzakirə edib.
Milletinsesi.az xəbər verir ki, bu barədə Ukrayna lideri “Telegram” kanalında yazıb.
“Biz Ukrayna ilə ABŞ arasında əməkdaşlığın inkişafına, xüsusən də Ukraynanın ABŞ-a təklif etdiyi pilotsuz təyyarələr və Amerika silahlarının alınmasına dair qarşılıqlı faydalı razılaşmalara toxunduq”, – deyə Zelenski yazıb.
Ukrayna prezidenti bəyan edib ki, o, Kelloqu Ukrayna Silahlı Qüvvələrinin Dobropilya və Pokrovsk yaxınlığındakı əks-hücumları barədə məlumatlandırıb.
Adəm