
Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlunun əfsanəvi dueti “Dözmədi qəlbim”i müğənnilər Mehin Hümbətova və Nuran ifa edib.
Milletinsesi.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçilər mahnı üçün Pop kraliça və Namiqin obrazlarından birini yaradıblar.
Mahnı Kazımovanın bu yaxınlarda işıq üzü görəcək “Best of Aygün” albomunda yer alacaq.
Qeyd edək ki, ölkənin əsas ulduzunun albomunda şou-biznesin məşhur simaları bir araya toplanıb. Onlar Aygün Kazımovanın mahnılarını səsləndiriblər.