32 yaşlı hamilə qadın xəstəxanada öldü

32 yaşlı hamilə qadın xəstəxanada öldü

Masallı rayonunda hamiləliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilən 32 yaşlı qadın ölüb.

Millətin Səsi.az  xəbər verir ki, hadisə ötən gün baş verib.

Rayonun Avur kənd sakini 1993-cü il təvəllüdlü Afət Abbasova hamiləliyi ilə əlaqədar Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Share: